"Marsel" və "Zaltsburq"dan möhtəşəm geri dönüş - YENİLƏNİB

01:12 13 Aprel 2018

Bu gün Avropa Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq.

 

Sportaren.az xəbər verir ki, ilk görüşdə doğma meydanda ÇSKA-nı böyük hesabla (4:1) məğlub edən “Arsenal” Moskvaya bu hesabın verdiyi arxayınlıqla yollanıb. Arsen Vengerin yetirmələri Rusiya paytaxtında “hərbçilər”ə son “zərbə”ni vurmağa və yarımfinala vəsiqə qazanmağa çalışacaq.

 

Mərhələnin ən maraqlı görüşlərindən biri də Fransada olacaq. “Marsel” doğma meydanda “Leyptsiq”dən ilk matçdakı minimal hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.

 

“Atletiko” isə “Sportinq”in qonağı olacaq. İlk görüşdə 2:0 hesabıyla qalib ayrılan “hindular” Lissabona üstün yollanacaq.

 

“Latsio” səfərdə “Zalsburq”la qarşılaşacaq. Roma təmsilçisi ilk matçda 4:2 hesabıyla qalib gəlib. Lakin evdə buraxılmış 2 qol Avstriyada Simone İnzaqinin yetirmələrinə problem yarada bilər.

 

Avropa Liqası: 1/4 final, cavab oyunları

12 aprel

23:05 Marsel - Leyptsiq 5:2 (ilk oyun 0:1)
23:05 ÇSKA - Arsenal 2:2 (1:4) 
23:05 Sportinq - Atletiko 1:0 (0:2) 
23:05 Zalsburq - Latsio 4:1 (2:4)


Digər xəbərlər

Xəbər xətti