Avropa Liqasında 1/2 finalın püşkü atıldı - YENİLƏNİB

14:11 13 Aprel 2018

Bu gün Avropa Liqasında yarımfinal mərhələsinin püşkü atılıb.

 

Sportarena.az xəbər verir ki, “Marsel” (Fransa), “Zalsburq” (Avstriya), “Atletiko” (İspaniya) və “Arsenal” (İngiltərə) finala gedən yolda rəqiblərini tanıyıblar. 

 

Yarımfinal mərhələsinin ilk oyunları aprelin 26-da, cavab qarşılaşmaları isə mayın 3-də keçiriləcək. Avroliqanın cari mövsümünün final oyunu mayın 16-da, Fransanın Lion şəhərində baş tutacaq.

 

Avropa Liqası, 1/2 final

Marsel (Fransa) - Zalsburq (Avstriya)
Arsenal (İngiltərə) - Atletiko (İspaniya)
 


Xəbər xətti