"Barselona"nın stadionu təmirə bağlanacaq

15:32 13 Aprel 2018

“Barselona” “Nou-Kamp” stadionunda rekonstruksiya işlərinin aparılması üçün şəhər rəhbərliyi ilə razılıq əldə edib.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı “Barselona”nın prezidenti Xosep Maria Bartomeu verib:

 

“Bu, klubun və şəhərin ehtiyaclarını birləşdirəcək balanslı bir təklifdi. Yeni "Nou-Kamp" Barselona sakinləri, turistlər üçün yaşıl sahələri olan geniş və xoş bir yerə çevriləcək”.

 

Stadiondakı rekonstruksiya işlərinə 600 milyon avro sərf olunacağı gözlənilir. İşlər 2019-cu ilin yayından başlayacaq. Yenilənmiş arena 2012/22 mövsümünün sonunda hazır olacaq. Rekonstruksiya işlərindən sonra stadionun tutumu 95 mindən 105 minə qədər artacaq.


Digər xəbərlər

Xəbər xətti