Almaniya klubu Benzemanı istəyir

18:31 13 Aprel 2018

“Real”ın hücumçusu Kərim Benzema növbəti mövsümdə karyerasını Almaniyada davam etdirə bilər.

 

Sportarena.az xəbər verir ki, Bundesliqa təmsilçisi “Borussiya” fransız hücumçunun xidmətində maraqlıdı. Bu barədə məlumatı İspaniyanın “Don Balon” nəşri yayıb. Xəbərdə Dortmund təmsilçisinin Benzemanın keçidi üçün “kral klubu”na 60 milyon avro təklif edəcəyi qeyd edilib. Hücumçunun özünün isə Madriddə qalmaq istədiyi deyilir.

 

Xatırladaq ki, cari mövsümdə az məhsuldarlıq nümayiş etdirən 30 yaşlı futbolçu tez-tez tənqidlərə məruz qalır. O, La Liqanın cari mövsümündə şans qazandığı 25 oyunda cəmi 5 qol vurub.


Xəbər xətti