"Roma"nın müdafiəçisi sıradan çıxdı

15:20 16 Aprel 2018

Roma”nın müdafiəçisi Kostas Manolas sıradan çıxıb.

 

Sportarena.az xəbər verir ki, İtaliya A Seriyasının “Latsio” ilə oyununda (0:0) xəsarət alan 26 yaşlı futbolçu derbinin 74-cü dəqiqəsində əvəzlənmişdi. Yunan futbolçunun zədəsi ciddidi. Bu barədə məlumatı “canavarlar”ın mətbuat xidməti yayıb.

 

Manolas növbəti tur baş tutacaq “Cenoa”ya qarşı matçı buraxmalı olacaq. Futbolçunun hansı müddətə sıradan çıxdığı isə tibbi yoxlanışdan sonra müəyyənləşəcək.


Xəbər xətti