Futbolçumuz oynadı, komandası darmadağına sevindi

10:15 17 Aprel 2018

Futbol üzrə Çexiya yüksək liqasında mübarizə aparan klubların U-21 komandaları arasında təşkil olunan ölkə birinciliyində növbəti oyunlar keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Rövlan Muradovun formasını geyindiyi Praqa “Slaviya”sının gənclərdən ibarət kollektivi bu dəfə doğma meydanda “Siqma” ilə qarşılaşıb. Futbolçumuzun klubu bu oyundan qələbə ilə ayrılıb - 5:1.

 

Rövlan da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan futbolçumuz sonadək oynayıb.


Digər xəbərlər

Xəbər xətti