Beynəlxalq Çempionlar Kubokunun bütün iştirakçıları müəyyənləşdi

12:34 17 Aprel 2018

Futbol üzrə Beynəlxalq Çempionlar Kuboku-2018 turnirinin iştirakçıları müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, yayda keçiriləcək yarışda İngiltərə, İspaniya, İtaliya, Almaniya, Fransa və Portuqaliyadan ümumilikdə 17 komanda mübarizə aparacaq.

 

Turnirdə ən çox təmsilçisi olan ölkə İngiltərədi. Belə ki, Premyer Liqanın 6 təmsilçisi bu yarışa qatılacaq. Bunlar “Arsenal”, “Çelsi”, “Liverpul”, “Mançester Yunayted”, “Mançester Siti” və “Tottenehm”di. İtaliya 4 klubla - “Yuventus”, “Roma”, “Milan” və “İnter”lə təmsil olunacaq.

 

İspaniyadan isə “Real”, “Barselona” və “Sevilya” bu turnirdə iştirak hüququ qazanıb. Almaniyanı “Bavariya” ilə Dortmund “Borussiya”sı təmsil edəcək. Fransa (PSJ) və Portuqaliya (“Benfika”) isə hərəyə bir klubla təmsil olunacaq.

 

Turnirin oyunları müxtəlif ölkələrdə keçiriləcək. Belə ki, Avstriya, İtaliya, Sinqapur, İsveç, İsveçrə və ABŞ-ın bütövlükdə 20 şəhəri bu yarışa ev sahibliyi edəcək.

 

Qeyd edək ki, ötən il “Barselona” bu turnirin qalibi olub. 2013-cü ildən ənənəvi olaraq təşkil edilən yarışda PSJ 2 dəfə (2015 və 2016-cı illərdə), “Real” (2013) və “Mançester Yunayted” (2014) isə 1 dəfə çempion olub.


Digər xəbərlər

Xəbər xətti