Hakimləri təhqir edən klub rəsmilərinə ağır cəza

Sportarena.az      17 Aprel 2018, 15:35

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

 

Sportarena.az xəbər verir ki, iclasda birinci divizionun son turunda baş vermiş qayda pozuntuları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

 

Birinci divizionun 23-cü turunun “Qaradağ Lökbatan” - “Zaqatala” matçının 43-cü dəqiqəsində qonaqların futbolçusu Nicat Muxtarov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 20 manat cərimə olunub. 

 

“Ağsu” - “Mil-Muğan” matçında İmişli klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. Oyunun 57-ci dəqiqəsində “Mil-Muğan”ın üzvü Samir Babayev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 160 manat cərimə olunub. 

 

“Binə” - “Şüvəlan” matçı başa çatdıqdan sonra “Binə” klubunun rəsmi şəxsləri Rəhman Cəfərov, Süphan Əliyev, Сavid Tanrıverdiyev meydançaya daxil olaraq hakimlər briqadasını təhqir etdiklərinə görə hər biri 5 oyun cəzalnıb, klub 1200 manat cərimə olunub. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin