U-17 Liqası: 28-ci tura yekun vuruldu

17:15 17 Aprel 2018

Aprelin 16-da «Bakcell U-17 Liqası»nda 28-ci turun oyunları keçirildi. Tur medallar uğrunda mübarizə aparan komandaların həftəni itkisiz başa vurması ilə əlamətdar oldu. Yalnız «Keşlə»dən başqa. «Bayıl Arena»da baş tutan mərkəzi oyunda «Keşlə» digər iddialıya məğlub oldu.

 

28-ci tur

«Zirə» - «Sumqayıt» 0:2

Qollar: Səid Əliyev, 5; Əli Əfəndiyev, 15.

 

«Xəzər Lənkəran» - «Neftçi» İK İB 0:2

Qollar: Tural Rzayev, 41; Elton Nağıyev, 65

 

«Neftçi» - «Mil Muğan» 4:1

Qollar: Turan Əhmədov, 11; Nicat Musayev, 20, 37, 54 – Müseyib Vəliyev, 69.

 

«Ağsu» - «Qəbələ» 1:4

Qollar: Əli Mürsəlov, 6; Təbriz İsazadə, 65; Tamerlan Rizvanov, 80; Nicat Oruclu, 86. «Ağsu» buraxdığı qollardan birinin əvəzini 87-ci dəqiqədə çıxa bilib. Oyunun protokolunu əldə edə bilmədiyimiz üçün fərqlənən futbolçunun adını öyrənə bilmədik.

 

«Səbail» - «Keşlə» 2:0

Qollar: Xəyal Bədirov, 35, 65.

(«Bayıl Arena»)

 

«Qarabağ» - «Kəpəz» 4:2

Qollar: Əli Nəcəfli, 36, 51, 64; Bilal Hüseynov, 86 – Elvin İsmayılov, 31; Samir Məmmədov, 79.

 

U-17 Liqasında 29-cu turun oyunları aprelin 23-də keçiriləcək: «Kəpəz» - «Səbail», «Keşlə» - «Xəzər Lənkəran», «Neftçi» İK İB – «Neftçi», «Mil Muğan» - «Ağsu», «Qəbələ» - «Zirə», «Sumqayıt» - «Qarabağ». Oyunların başlama vaxtı və keçiriləcəyi yer haqqında əlavə məlumat verəcəyik.

Bombardirər: Xəyal Bədirov («Səbail»), Nicat Musayev («Neftçi») – 25 qol, Xəlil Bəşirov («Səbail»), İbrahim Novruzov («Sumqayıt») – 23 qol, İbrahim Camalov («Qəbələ») – 21 qol.

 

«Het-trik news» qəzetinin layihəsi


Digər xəbərlər

Xəbər xətti