"Barselona" ciddi itkilər

18:14 17 Aprel 2018

Bu gün İspaniya La Liqasının 33-cü turunda “Selta”nın qonağı olacaq “Barselona” matça ciddi itkilərlə çıxacaq.

 

Sportarena.az xəbər verir ki, Kataloniya təmsilçisi Viqodakı qarşılaşmada əsas üzvləri - Andres İnyesta, Xerard Pike və Serxio Busqetsin xidmətindən istifadə edə bilməyəcək. Zədəli olan hər 3 futbolçunun adı “Selta” ilə səfər oyununun iştirak ərizəsinə salınmayıb. 

 

La Liqanın 32 turundan sonra hesabında 82 xal olan “Barselona” liderdi


Xəbər xətti