Şenol Günəşi yaralayan azarkeş yaxalandı

12:30 20 Aprel 2018

Ötən gün "Fənərbaxça" ilə oyunda "Beşiktaş"ın baş məşqçisi Şenol Günəşi yaralayan tərəfdarı polis tərəfindən yaxalanıb.

 

Sportarena.az xəbər verir ki, hadisənin baş verməsinin ardından İstanbul Polis İdarəsinə bağlı İdman Təhlükəsizliyi Şöbəsinin İdarəsinin briqadaları hadisə törətdiyi iddia edilən və adı hələlik açıqlanmayan şəxsi yaxalayıb. Saxlanılan şəxs Səhiyyə nəzarətindən keçirildikdən sonra İdman Təhlükəsizliyi Şöbəsinin İdarəsinə aparılıb. 

 

Oyunda baş verən hadisələrə görə isə 32 nəfər saxlanılıb.

 

Qeyd edək ki. "Fənərbaxça" - "Beşiktaş" matçı təhlükəsizlik təminatı olmadığı üçün yarımçıq dayandırılıb.


Xəbər xətti