"Real Soseydad"ın 42 illik həsrəti bitdi

17:30 20 Aprel 2018

İspaniya La Liqasının 33-cü turunda "Atletiko" ilə qarşılaşan "Real Soseydad" proqnozların əksinə olaraq 3:0 hesablı qələbə qazanıb.

 

Sportarena.az xəbər verir ki, bask klubu İmanol Alquasilin baş məşqçi postuna təyinatından sonra keçirdiyi 4 oyunda 3 dəfə meydanı qalib tərk edib. Bu oyunlarda 9 qol vuran San Sebastyan təmsilçisi qapısını toxunulmaz saxlayıb. İmanol "Soseydad"da ilk 4 oyununda qol görməyən 2-ci baş məşqçidir. İlk dəfə buna 1970-ci ildə Sequrola nail olub. 

 

Alquasil martın 18-i "Xetafe"yə 1:2 hesablı məğlubiyyətdən sonra istefa verən Eusebio Sakristanı əvəzləmişdi. 


Digər xəbərlər

Xəbər xətti