Türkiyə klubunun avtobusu yandı

18:42 23 Aprel 2018

Türkiyədə "Altay" komandasına məxsus olan avtobus yanıb.
 
Sportarena.az xəbər verir ki, Qazikənd məhəlləsində park edilmiş "Altay" idman klubuna məxsus komanda avtobusda naməlum səbəblərdən yanğın çıxıb. 
 
Hadisə yerinə polis və yanğınsöndürən maşınlar cəlb olunub. Qısa müddətdə yanğın söndürülsə də, avtobus tam yararsız vəziyyətə düşüb. Polis yanğının səbəblərini araşdırmaq üçün çevrədəki kameraları nəzarətə götürüb.


Xəbər xətti