Sneyder milli karyerasını başa vurur

23:11 24 Aprel 2018

Uesli Sneyderin Hollandiya millisində keçirəcəyi son oyunun vaxtı bəlli olub.

 

Sportarena.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi yığmada son matçını sentyabrın 6-da keçirəcək. Bu barədə məlumatı Hollandiya millisinin mətbuat xidməti yayıb. Sneyder Peru ilə yoldaşlıq görüşündə son dəfə milli forma geyinəcək. Oyun Amsterdamda, “Yohan Kroyff” stadionunda baş tutacaq.

 

Karyerası ərzində “Ayaks”, “İnter”, “Real”, “Nitsa”, “Qalatasaray” kimi komandalarda top qovmuş Sneyder hazırda Qətərin “Əl-Qarafa” klubunun şərəfini qoruyur.


Xəbər xətti