Yuri Maksimovun cəzası açıqlandı

Sportarena.az      25 Aprel 2018, 13:06

AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportarena.az xəbər verir ki, bu gün keçirilən iclasda ölkə kubokunun cavab matçlarında baş vermiş qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub:

 

Azərbaycan kubokunun 1/2 final mərhələsinin cavab oyunu olan “Neftçi” - “Qəbələ” matçında “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur. Oyunun 90+3-cü dəqiqəsində “Neftçi” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunur .

 

Azərbaycan kubokunun 1/2 final mərhələsinin cavab oyunu olan “Sumqayıt” - “Keşlə” matçının 72-ci dəqiqəsində “Keşlə”nin baş məşqçisi Yuri Maksimov aqressiv davranışa görə texniki zonadan kənarlaşdırılıb. Yuri Maksimov bu səbəbdən 4 oyun cəzalanır, klub 3200 manat cərimə olunur.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin