Hansı futbolçu “Qızıl top”u Salaha verdi? - FOTO

15:52 25 Aprel 2018

Çempionlar Liqasının yarımfinalında “Liverpul”un futbolçusu Məhəmməd Salahın sərgilədiyi oyun böyük rezonans doğurub.

 

Sportarena.az xəbər verir ki, dünya futbolunun ünlü simaları sosial şəbəkələrdə Salaha tərif yağdırırlar. “İnter”in xorvat yarımmüdafiəçisi İvan Perişiç də Məhəmmədin oyununa biganə qalmayıb.O, “instaqram”da “qızıl top”un şəklini paylaşıb. Perişiç şəklin üzərinə Salahın adını yazıb. Bununla da o, “qızıl top”un misirli futbolçuya verilməli olduğuna işarə edib.

 

“Liverpul” ÇL-in yarımfinalının ilk oyununda “Roma”nı 5:2 hesabı ilə məğlub edib. Salah bu oyunda 2 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.


Digər xəbərlər

Xəbər xətti