İran prezidenti söz verdi - "Traktorsazi"yə dəstək olacaq

17:37 25 Aprel 2018

İran prezidenti Həsən Ruhani “Traktorsazi”yə dəstək olacağını bildirib.

 

Sportarena.az xəbər verir ki, Təbrizə səfər edən ölkə başçısı xalqa səslənib. O, Azərbaycan türkcəsini “İran torpaqlarının xoş qoxulu çiçəyi və iftixar qaynağı” adlandırıb. Ruhani Şərqi Azərbaycan ostanının valisindən, yerli universitetlərdən bu dilin inkişaf etdirilməsini istədiyini deyib:

 

“Şərqi Azərbaycan valisindən, yerli səlahiyyətli şəxslərdən və universitetlərdən türk dili və ədəbiyyatının gücləndirilməsi üçün lazımi kitabların çap edilməsini istəyirəm”.

 

Ruhani həmçinin, Təbrizin “Traktorsazi” klubundan da danışıb. O, aşağı liqaya düşmə təhlükəsi olan bu komandaya lazımi dəstək göstərəcəyinə söz verib.

 

Xatırladaq ki, “Traktorsazi” İran çempionatında 11-ci pillədə qərarlaşıb. “Al qurdlar”ı “təhlükəli zona”dan 7 xal ayırır.


Digər xəbərlər

Xəbər xətti