"Beşiktaş"ın düşərgəsində gərginlik - Komanda "Fənərbaxça"ya qarşı oynamaq istəmir

Sportarena.az      26 Aprel 2018, 11:56

Türkiyə kubokunun yarımfinal cavab matçları çərçivəsində keçirilən və yarımçıq qalan “Fənərbaxça” – “Beşiktaş” matçı ilə bağlı Türkiyə Futbol Federasiyasının matçı qaldığı yerdən davam etdirmək qərarı hər iki klubun cameəsində fərqli reaksiyalar doğurub.

 

Sportarena.az xəbər verir ki, “Fənərbaxça”nın vitse-prezidenti Şekip Mosturoğlu matçın meydançada davam etməsini və haqqı olanın finala qalmasını arzuladıqlarını deyib.

 

“Beşiktaş” cəbhəsi və xüsusilə, matç zamanı başı yarılan baş məşqçi Şenol Güneş isə qərara sərt etiraz bildirib. Ş.Güneş və komanda matça çıxmamaqda qərarlı olduğunu bildirib. Klubun idarə heyəti bu gün yerli vaxtla saat 15:00-da keçirəcəyi toplantında matça çıxıb-çıxmamaqla bağlı yekun qərarını verəcək.

 

“Beşiktaş” matça çıxmayacağı təqdirdə, klubu ağır cəzalar gözləyir. Belə ki, “Beşiktaş” texniki məğlubiyyət alacaq, gələn il Türkiyə Kubokuna qatıla bilməyəcək və Türkiyə Kuboku çərçivəsində əldə etdiyi bütün maddi qazancları geri qaytarmalı olacaq.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin