"Qəbələ" - "Kəpəz": 20-ci duel

11:37 28 Aprel 2018

"Qəbələ" Topaz Premyer Liqanın 25-ci turunda bu gün “Kəpəz”lə qarşılaşacaq.

 

Sportarena.az xəbər verir ki, Qəbələ şəhər stadionunda keçiriləcək görüş rəqiblər arasında 20-ci duel olacaq. Yalnız Premyer Liqa çərçivəsində üz-üzə gələn komandalar yubiley matçındadək 19 dəfə görüşüb. İlk dəfə 2011/12 mövsümündə qarşılaşan rəqiblərin əvvəlki duellərində “Qəbələ” daha çox – 8 qələbə qazanıb. 5 dəfə heç-heçə edən "qırmızı-ıqaralar" 6 matçdan xalsız ayrılıb. Top fərqində də üstünlük “Qəbələ”nin tərəfindədir - 22:17.

 

10-cu dəfə “Kəpəz”i qəbul edəcək “Qəbələ” evdə 5 dəfə qalib gəlibsə, 2 dəfə bərabərliklə kifayətlənib və 2 dəfə meydanı xalsız tərk edib. Öz meydanında 11 qol vuran "Qəbələ" futbolçuları öz qapısından 6 top buraxıb. Gəncə klubu ilə qarşılaşmaların ən yaxşı bombardiri Baqali Dabodur. Onun hesabında 3 qol var. Filip Ozobiç, Famussa Kone və Ruslan Qurbanov hərəyə 2 dəfə fərqlənib.


Xəbər xətti