Qato: "Hər şey öz əlimizdədi"

10:20 29 Aprel 2018

Topaz Premyer Liqasının 25-ci turunda "Keşlə"yə səfərdə 1:2 hesabıyla yenildikləri qarşılaşmadan sonra "Neftçi"nin paraqvaylı legioneri Fransisko Qarsiya jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, qış fasiləsində komandaya gələn "Qato" ləqəbli yarımmüdafiəçi əvvəlcə matçı dəyərləndirib. 

 

- Oyuna qələbə üçün çıxmışdıq. Çünki bilirdik ki, bizə 3 xal hava-su kimi lazım idi. Rəqib komandada isə itiriləsi heç bir şey yox idi. Bu üzdən meydana rahat çıxmışdılar. Sonda da qazanan tərəf onlar oldu.

 

- "Neftçi" son vaxtlar təbii otda oynayırdı. Bu dəfə isə süni qazonda çıxış etdi. Komanda yoldaşın Namiq Ələsgərov də ot örtüyündən şikayətləndi. Bu amil oyununuza problem yaratdımı?

- Belə qazonun olması yaxşı hal deyil. Süni örtükdə rahat oynaya bilmirik. 

 

- Azarkeşləriniz oyundan sonra komandanın çıxışından narazılıq edirdi. Fanatlarınızı haqlı sayırsanmı?

- Azarkeşlərimiz yaxşı gündə də, pis gündə də yanımızda olurlar. Onlar hər zaman bizi dəstəkləyirlər. Şikayətçidirlərsə, deməli, nədənsə narazılqıları var. Biz də bundan nəticə çıxarmalıyıq. Çalışmalıyıq ki, həm onlara, həm də özümüzə görə daha da yaxşı oynayaraq qələbə bəxş edək. Azarkeşlərimizi bizi son oyunadək dəstəkləməyə çağırırıq. 

 

- Növbəti turda "Qarabağ"la oyundan nə gözləyirsən? Rəqib çempionluğu rəsmiləşdirib...

- Bizə xal qazanmaq lazımdı. Bilirik ki, növbəti matçda da çox çətin olacaq. Çalışacağıq ki, yaxşı oyun göstərək və 3 xal qazanaq.

 

- Çoxları düşünürdü ki, "Neftçi" Qəbələ səfərindəki 2:1 hesablı qələbədən sonra artıq finaldadı. Ancaq komandanız cavab matçında şok məğlubiyyət yaşadı. Həmin şokdan ayıla bilmisizmi?

- Bu oyunda əlbəttə, qalib gəlməyi gözləyirdik. Ancaq gözlənilmədən uduzduq. Bu da bizim üçün böyük zərbə oldu. Ancaq çalışırıq ki, bu məğlubiyyətin təsirindən çıxaq və çempionat matçlarını fikirləşək.

 

- Avropa Liqa şanslarıınızı necə dəyərləndirirsiniz?

- Hər şey öz əlimizdədi. Çalışacaq ki, növbəti oyunlarda qələbə qazanaq. 


Digər xəbərlər

Xəbər xətti