Ançetotti İtaliya millisində çalışmayacaq?

16:47 29 Aprel 2018

Karlo Ançetotti İtaliya millisini çalışdırmaqdan imtina edib.

 

Sportarena.az xəbər verir ki, ötən həftə İtaliya Futbol Federasiyasının nümayəndələri ilə görüşən təcrübəli italiyalı mütəxəssis yekunda onlara "yox" cavabı verib. Buna tərəflərin maddi məsələlərdə razılığa gələ bilməməsi iddia edilir.

 

Bildirilir ki, hazırda millinin baş məşqçisi vəzifəsinə digər əsas namizədlər “Zenit”in çalışdırıcısı Roberto Mançini və “Nant”da işləyən Klaudio Ranyeridir.


Digər xəbərlər

Xəbər xətti