"Kəpəz" Premyer Liqanı tərk etdi

00:30 30 Aprel 2018

Topaz Premyer Liqasında 2017/18 mövsümünün sonuncusu müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, çempionatın bitiminə 3 tur qalmış “Kəpəz”in son sıranı tutacağı rəsmiləşib. Bu, 25-ci turun “Sumqayıt”la “Səbail” arasıdakı bağlanış matçında dəqiqləşib. 7-ci sırada qərarlaşan Bakı klubu “Gənclik şəhəri” təmsilçisinə qalib gələrək (2:1), xalını 23-ə çatdırıb. Bununla da, 13 xala malik “Kəpəz”lə fərq 10-a çatıb. Qalan 3 görüşdə maksimum 9 xal yığa biləcək Gəncə klubunun bu geriliyi aradan qaldırması mümkün deyil.

Əsasnaməyə əsasən, sonuncu olacağı rəsmiləşən “Kəpəz” növbəti mövsüm I Divizionda yarışmalıdı.


Digər xəbərlər

Xəbər xətti