Şəhriyar Məmmədyarov reytinqdə gerilədi

Sportarena.az      30 Aprel 2018, 21:17

Beynəlxalq Şahmat Federasiyası (FİDE) 2018-ci ilin may ayı üçün yeni reytinq siyahısını açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, ilk "100-lük"də Azərbaycanın 6 şahmatçısı yer alıb.

Şəhriyar Məmmədyarov yeni reytinqə əsasən, 1 pillə geriləyib. 33 yaşlı qrossmeyster 2808 xalla 3-cü pillədə qərarlaşıb. FİDE reytinqinə 2843 xalla dünya çempionu Maqnus Karlsen başçılıq edir. İddiaçılar turnirinin qalibi, ABŞ təmsilçisi Fabiano Karuana isə 2818 xalla 2-ci yerdədir. Azərbaycanın digər təmsilçilərinə gəldikdə, Teymur Rəcəbov 2751 xalla 16-cı, Rauf Məmmədov 2708 xalla 33-cü, Arkadi Naydiç 2697 46-cı, Eltac Səfərli 2657 xalla 92-ci, Qədir Hüseynov isə 2654 xalla 100-cüdür. Rəcəbov ötən siyahı ilə müqayisədə 2, Məmmədov 5, Səfərli 8 pillə irəliləyib. Əvəzində Naydiç 2, Hüseynov 4 pillə geriləyib.  

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin