"İnter" - "Yuventus" matçında irqçilik olub? - Araşdırmalar başladı

15:21 2 May 2018

İtaliya Futbol Federasiyası “İnter” barədə irqçiliklə bağlı təhqiqata başlayıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı İtaliya mətbuatı yayıb. A Seriyasının “Yuventus”la ev matçında (2:3) “neradzurra”nın azarkeşlərinin qonaq komandanın futbolçusu Blez Matuidinin ünvanına irqçi şüarlar səsləndirdiyi iddia edilir. Federasiya hazırda məsələylə bağlı araşdırma aparır.

 

Bu iddia təsdiqlənsə, “İnter”i cəza gözləyir.


Xəbər xətti