"Napoli" Portuqaliya millisinin üzvünü hədəfə aldı

18:25 2 May 2018

Lissabonun "Sportinq"inin qapıçısı Rui Patrisio karyerasını İtaliyada davam etdirə bilər.

 

Sportarena.az xəbər verir ki, 30 yaşlı qolkiperin xidmətlərində "Napoli"1 klubu maraqlıdır. Neapollular dünya çempionatı başlamazdan öncə onun transferini reallaşdırmaq barədə düşünür. İtaliya klubu Patrisionu 15-20 milyon avroya transfer etməyi planlaşdırır. Sporting isə ona 35 milyon avro qiymət qoyub.

 

Bu mövsüm Portuqaliya çempionatında 32 oyuna çıxan Patrisio 22 qol buraxıb. 


Digər xəbərlər

Xəbər xətti