"Çelsi"dən ayılır - Madridə getmək üçün

12:55 3 May 2018

“Çelsi”nin qapıçısı Tibo Kurtua gələn yayda komandanı tərk edə bilər.

 

Sportarena.az xəbər verir ki, Kurtua “Çelsi” ilə yeni müqavilə bağlamaqdan imtina edib. Onun bu barədə klub rəhbərliyini məlumatlandırdığı da bildirilir. Məlumata görə, Kurtua karyerasını İspaniyada davam etdirməyi düşünür. Onun ailəsi Madriddə yaşayır və belçikalı qapıçı da ailəsinin yanında olmaq niyyətindədi.

 

Kurtuanın “Çelsi” ilə qüvvədə olan müqaviləsi 2019-cu ilin yayına qədər nəzərdə tutulub. O, yeni müqavilə imzalamasa, komandanı azad agent statusunda tərk edəcək.


Xəbər xətti