İniestaya Çindən 81 milyonluq təklif

15:23 3 May 2018

Mövsümün sonunda "Barselona"dan ayrılacağını açıqlayan Andres İnyesta Çinin "Çuntsin Lifan" klubundan rəsmi təklif alıb.

 

Sportarena.az xəbər verir ki, "Çuntsin Lifan 33 yaşlı yarımmüdafiəçiyə ümumilikdə 81 milyon avro qazanacağı 3 illik müqavilə təklif edib. Bu məbləğ isə onun Kataloniya təmsilçisində qazandığından 3 dəfədən də çoxdur. İnyesta "Barsa"da ilinə 8 milyon avro qazanır.

 

Bildirilir ki, klub İnyestaya məxsus zavoddan 36 milyon avro dəyərində şərab almağı da öhdəsinə götürüb.


Xəbər xətti