Messidən unikal nəticə - 1000-ə çatdı

16:43 3 May 2018

Ötən tur "Deportivo" ilə matçda "het-trik"ə imza atan Messi karyerasında ən önəmli uğurlarından birini qazandı.
 
Sportarena.az xəbər verir ki, Argentinada "Nyuz Old Boyz"la başlayan karyerasında "Barselona"nn aşağı yaş qruplarında, A komandasında, o cümlədən Argentinanın bütün yaş qrupları üzrə komandalarında 1116 matça çıxan superulduz, tam olaraq 1000 qol vurmağı bacarıb. Bununla da unudulmazlar sırasına adını yazdırıb. 
 
2004-2008-ci illər arasında "Barselona" ilə 9 çempionluq yaşayan hazırda 32 qolla bombardirlər sırasında liderdi. "Barsa" forması ilə 32 kubok qazanan futbolçu "Deportivo" ilə matçda la Liqadakı 30-cu "het-trik"inə imza atıb. 


Digər xəbərlər

Xəbər xətti