Oksana Kurt: "Ümid edək ki, Dünya çempionatına zədələrsiz yollana biləcəyik"

Sportarena.az      3 May 2018, 18:16

Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının baş meneceri Oksana Kurtun (Parxomenko) Azərbaycan Voleybol Federasiyanın Facebook səhifəsinə müsahibə verib.

 

Sportarena.az həmin müsahibəni təqdim edir:

 

- Azərbaycan Super Liqasında daha bir mövsüm başa çatdı. Geridə qalan çempionatı necə dəyərləndirərdiniz?

- Bu, bizim hamımız üçün kifayət qədər asan keçməyən mövsüm oldu. Avropa çempionatında üzücü, eyni zamanda, fəxri 4-cü yeri tutduq. Əlbəttə, medal da qazana bilərdik. Lakin görünür, nəsə çatmadı. Ölkə çempionatına gec başladıq. Amma yüksək səviyyədə keçirdik. Super Liqada böyük müsbət məqam o idi ki, yarışda əsasən gənc oyunçular iştirak etdi. Onlar üçün təcrübə toplamaq və böyüklərə yaxınlaşmaq üçün yaxşı şans idi.

 

- Gənclərdən kim müsbət mənada sizi təəccübləndirdi?

- Kimisə fərqləndirmək istəməzdim. Bütün oyunçular çox çalışırdılar. Tamamilə gənc oyunçulardan ibarət olan “Lokomotiv”in üzvləri də çalışqanlıq nümayiş etdirdilər. Çempionatda sonuncu yeri tutsalar da, onlara “afərin” düşür. Onlar oyun təcrübəsi qazandılar.

 

- Ölkə xaricində oynayan yığma üzvlərinin çıxışı haqda nə deyə bilərsiniz?

- Biz həmişə ölkə xaricində çıxış edən oyunçularımızı izləyirik. Onların çıxış etdikləri komandalar böyük uğur əldə etməsələr də, voleybolçuların hər bir ayrı-ayrılıqda yaxşı oynadılar.

 

- Zədəli voleybolçularımızın son durumu necədir?

- Təəssüf ki, komandamız çoxdandı və uzun müddətdi zədədən əziyyət çəkir. Hazırda Ayşən Abduləzimova əməliyyatdan sonra demək olar ki, tam bərpa olunub. O, hətta əsas komanda ilə toplanışa yollanacaq və tam məşqlərə orda başlayacaq. Kristina Yaqubova da qrafik üzrə bərpa olunur. Lakin fikrimcə, oyunlara qədər tam bərpa oluna bilməyəcək. Çünki çox vaxt itirib. Oksana Kiselyova isə hələ ayyarım bərpa prosesi keçməlidir.

 

- Siz gedəndən sonra yığmada toppaylayıcı mövqeyində problemi yaranıb. Kimi özünüzə layiqli davamçı sayırsınız?

- Bütün qızlar bu mövqe üçün çox çalışırlar. Təəssüf ki, bəzən zədələr maksimuma nail olmağa maneçilik törədir. Amma yenə də ümid edək ki, ilin əsas turniri – Dünya çempionatına zədələrsiz yollana biləcəyik.

 

- Avropa Liqasında gənclərlə təcrübəlilərin sintezi olacaq, ya əsas heyət oynayacaq?

- Sloveniya toplanışına yollanacaq heyətə əsasən demək olar ki, yaşlı oyunçulara bərpa üçün çox vaxt veriləcək. Lakin onların final mərhələsində komandaya qoşulmaları da mümkündür.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin