UEFA-dan Simeoneyə ağır cəza

10:15 5 May 2018

UEFA İspaniyanın “Atletiko” klubunun baş məşqçisi Dieqo Simeoneyə sərt cəza verib.

 

Sportarena.az xəbər verir ki, bu barədə qitə futbol qurumunun İntizam Komitəsi qərar çıxarıb. Qərara əsasən, argentinalı mütəxəssis 4 avrokubok matçında texniki zonada yer almayacaq. Buna Simeonenin Avropa Liqasının yarımfinal mərhələsi çərçivəsində İngiltərənin “Arsenal” klubu ilə ilk matçda hakimi təhqir etməsi səbəb olub. Simeone həmçinin 10 min avro məbləğində cərimələnib.

 

Qeyd edək ki, Simeone cəzasının bir oyununu mövsüm çəkəcək. Belə ki, onun komandası Avroliqanın finalında “Marsel”lə qarşılaşacaq. Argentinalı mütəxəssis bu matçda texniki zonada yer ala bilməyəcək. Onun qalan üç oyunluq cəzası isə növbəti mövsümdə tətbiq olunacaq.


Digər xəbərlər

Xəbər xətti