"Zirə"nin 11 oyunluq qələbə həsrəti bitdi, "Qəbələ" "Keşlə" ilə bacarmadı - YENİLƏNİB

21:03 5 May 2018

Azərbaycan Premyer Liqasında 26-cı turun oyunları davam edir.

 

Sportarena.az xəbər verir ki, bu gün iki oyun keçiriləcək. Əvvəlcə meydana “Zirə”ylə “Səbail” çıxacaq. Avropa Liqasına getmək şansını hələ də saxlayan “Zirə” qələbə qazanmaq üçün var gücüylə mübarizə aparmalıdı. Amma Ayxan Abbasovun komandasının 11 turdu qələbəyə həsrətdi.

 

“Qəbələ” isə “Keşlə” ilə görüşdə qələbə qazanmaqla 2-ci pilləni - gümüş medalları özü üçün təmin edə bilər. Bu komandalar ölkə kubokunun finalında da qarşılaşacaqlar. Bugünkü oyun həm də bu baxımdan maraq doğurur.

 

Turun son matçı sabah keçiriləcək və çempionluği rəsmiləşdirən “Qarabağ” “Neftçi” ilə üz-üzə gələcək.

 

Qeyd edək ki, turun ilk matçında dünən "Sumqayıt" "Kəpəz"in qonağı olub. Bu görüşdə qalib müəyyənləşməyib - 1:1.

 

Topaz Premyer Liqası, 26-cı tur
5 may

17:00 Səbail - Zirə 0:1

Qol: Vüsal İsgəndərli, 16.
Hakimlər: İnqilab Məmmədov, Mübariz Haşımov, Rahil Ramazanov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Fazil Mürşüdov
Bakı. “Bayıl Arena”

 

19:00 Qəbələ - Keşlə 1:1

Qol: Stiven Monroz, 31 - Slavik Alxasov, 11.
Hakimlər: Rəvan Həmzəzadə, Elşən Acalov, Məmmədəli Kərimov, Ömər Paşayev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Şahin Cəfərov
Qəbələ. Şəhər stadionu

 

6 may

19:00 Qarabağ - Neftçi
Hakimlər: Əliyar Ağayev, Namiq Hüseynov, Vaqif Musayev, Ramil Diniyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Əli Hüseynov
Bakı. “Azersun Arena”

 

4 may

16:00 Kəpəz - Sumqayıt 1:1

Qol: Dario Federiko, 66-p - Amil Yunanov, 86


Xəbər xətti