"Yuventus"dan ayrılacağını açıqladı

16:52 7 May 2018

Ştefan Lixtştayner cari mövsümün sonunda “Yuventus”dan ayrılacaq.

 

Sportarena.az xəbər verir ki, bu barədə “Boloniya” ilə oyundan (3:1) sonra futbolçu özü məlumat verib. O, karyerasını İtaliyadan kənarda davam etdirəcəyini bildirib:

 

“Yuventus”da son 14 günümü keçirirəm. Mənə yeni çağırış və motivasiya lazımdı. Karyeramı İtaliyadan kənarda davam etdirəcəm. Ancaq harda davam etdirəcəyimlə bağlı konkret söz deyə bilmərəm. Çünki hələ müqavilə bağlamamışam”.

 

Lixtştayner “Yuventus”un heyətində bütün turnirlərdə 203 oyun keçirib, 12 qol vurub. O, 6 dəfə İtaliya çempionluğunu qazanıb.


Digər xəbərlər

Xəbər xətti