İniestaya daha bir fantastik təklif

14:58 8 May 2018

“Barselona”da son mövsümünü keçirən Andres İniestanın karyerasını Çində davam etdirəcəyi bildirilirdi.

 

Sportarena.az xəbər verir ki, futbolçunun Çinin “Çuntsin Lifan" klubu ilə 3 illik müqavilə bağladığı barədə məlumat yayılmışdı. Onun ildə 27 milyon avro məvacib alacağı deyilirdi.

 

Ancaq AS nəşri başqa bir iddia ilə çıxış edib. Nəşrin məlumatına görə, İniesta karyerasını Çində yox, Yaponiyada davam etdirəcək. Onun “Vissel Kobe” klubunda oynayacağı deyilir. Artıq futbolçunun Yaponiya klubu ilə razılığa gəldiyi barədə məlumat yayılıb. İniesta "Vissel Kobe" ilə 3 illik müqavilə ilə bağlı razılığa gəlib. 33 yaşlı futbolçu Uzaq Şərq təmsilçisində ilinə 30 milyon dollar qazanacaq. 

 

Bu klubun sahibi Hiroşi Mikitani “Rakuten” kompaniyasının rəhbəridi. Bu kompaniya isə “Barselona”nın titul sponsorudu.


Xəbər xətti