Salahın hansı hərəkəti Kloppu əsəbləşdirdi?

18:46 8 May 2018

“Liverpul”un baş məşqçisi Yurgen Klopp son vaxtlar yaxşı formada olan komandanın hücumçusu Məhəmməd Salah barədə danışıb.

 

Sportarena.az xəbər verir ki, alman mütəxəssis Premyer Liqanın 37-ci turu çərçivəsində keçirilmiş “Çelsi” ilə səfər oyununda (0:1) misirli hücumçunun simulyasiya etməsinə əsəbləşib. O, İngiltərə mətbuatına açıqlamasında bir də belə hallarla üzləşmək istəmədiyini deyib:

 

“Belə hərəkətləri görmək istəmirəm. Onun da istəmədiyinə əminəm, ancaq oldu. Etdiyi şey yaxşı deyildi. Daha yaxşısını edə biləcək potensiala malikdi. Buna heç şübhə yoxdu”.

 

Xatırladaq ki, Salah “Çelsi” ilə matçda simulyasiyaya görə sarı vərəqə alıb.


Xəbər xətti