AÇ-2020-nin təqvimi nə vaxt məlum olacaq?

11:30 9 May 2018

Mayın 24-də Ukraynanın paytaxtı Kiyevdə UEFA İcraiyyə Komitəsinin iclasında AÇ-2020-nin final mərhələsinin təqvimi məlum olacaq.

 

Sportarena.az xəbər verir ki, toplantıda 2020-ci ildə UEFA-nın klub turnirlərinə ev sahibliyi edəcək ölkələr də müəyyənləşəcək.

 

Qeyd edək ki, AÇ-2020 qitənin 12 şəhərində - Bakı (Azərbaycan), London (İngiltərə), Münhen (Almaniya), Sankt-Peterburq (Rusiya), Roma (İtaliya), Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan) və Qlazqoda (Şotlandiya) təşkil olunacaq. Bakıda A qrupunun 3 oyunu ilə yanaşı, 1/4 final matçlarından 1-i keçiriləcək. 


Digər xəbərlər

Xəbər xətti