Salah "Real"a keçməyə razılıq verdi - ŞOK İDDİA

12:35 9 May 2018

"Real" Məhəmməd Salahın transferi üçün "Liverpul"la razılığa gəlib.

 

Sportarena.az xəbər verir ki, bu iddia ilə "Don Balon" nəşri çıxış edib. Bildirilir ki, 25 yaşlı hücumçu üçün Madrid klubu 175 milyon funt sterlinq ödəyəcək. Salah "Real"ın prezidenti Florentino Peresə "Kral klubu"na keçməyə söz verdiyi vurğulanıb.

 

Qeyd edək ki, misirli vinger bu mövsüm  50 matçda 43 qol vurub, 15 qolun ötürməsini verib.


Xəbər xətti