Pedro Enrike: "Mövsüm başa çatdıqdan sonra PAOK rəhbərliyilə danışığım olacaq"

14:30 9 May 2018

"Qarabağ"ın mövsümün əvvəlində PAOK-dan 1 illik icarəyə götürdüyü Pedro Enrike Yunanıstan mətbuatına danışıb.

 

Sportarena.az xəbər verir ki, braziliyalı vinger mövsümü çempion kimi başa vurmaları haqda bunları söyləyib:

 

"Azərbaycan çempionu olduğumuza görə xoşbəxtəm. Bu, mənim üçün çox vacib tituldur. "Qarabağ"a Çempionlar Liqasında kömək etmək və mükafat qazanmaq üçün gəlmişəm. Bizim gözəl kollektivimiz var.  "Qarabağ" yeni mövsümdə də avrokuboklarda uğurlu nəticələr əldə etməyə çalışacaq".

 

Pedro "Qarabağ"da qalıb-qalmayacağı haqda suala belə cavab verib:

 

"Bu məsələ barədə danışmağa çətinlik çəkirəm. Çünki bu, mənim işim deyil. Bu, klublar arasında həll olunur. Mövsüm başa çatdıqdan sonra Yunanıstana yollanacam və PAOK rəhbərliyilə danışığım olacaq. "Qarabağ"a böyük hörmətim var, amma müqavilə ilə PAOK-a məxsusam".

 

Qeyd edək ki, PAOK-un "Qarabağ"dan 27 yaşlı futbolçunun keçidinə görə 5 milyon avro tələb etdiyi iddiaları yayılmışdı.


Digər xəbərlər

Xəbər xətti