Serji Robertonun cəzası açıqlandı

15:42 9 May 2018

İspaniya Futbol Federasiyası “Barselona”nın müdafiəçisi Serji Robertonu 4 oyunluq cəzalandırıb.

 

Sportarena.az xəbər verir ki, ispaniyalı müdafiəçi La Liqanın son turunda “Real”la oyunda (2:2) rəqib futbolçusu Marselonu vurduğu üçün bu cəzaya məruz qalıb.

 

Qeyd edək ki, S.Roberto matçın ilk hissəsinin sonlarında Marselonun üzünə zərb endirib və qırmızı vərəqə ilə meydandan qovulub.


Xəbər xətti