Azərbaycanlı hakim İngiltərənin oyununa təyinat aldı

Sportarena.az      9 May 2018, 18:02

FİFA referi köməkçisi Rza Məmmədovun 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsindəki növbəti təyinatı məlum olub.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı hakim A qrupunun İsveçrə - İngiltərə qarşılaşmasında iş başında olacaq. Qarşılaşma mayın 10-u Bakı vaxtı ilə saat 22.00-da keçiriləcək. Oyunun baş hakimi Rumıniya Futbol Federasiyasından Fesnik Horatiu Mircea olacaq.

 

Hazırda A qrupunda lider olan İngiltərənin 6 xalı var. Üç xalı olan İtaliya və İsveçrə 2, 3-cü yerləri bölüşürlər. Qrup sonuncusu İsrail isə xalsızdır. Sabah keçiriləcək qarşılaşmalardan sonra qrupdan növbəti mərhələyə çıxacaq iki komananın adı məlum olacaq.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin