"Səbail"in futbolçusu: "Mövsümün sonunda Slovakiyaya qayıdacağam"

00:56 10 May 2018

 

“Səbail”in moldovalı yarımmüdafiəçisi Yevgeni Koçuk ölkəsinin mətbuatına müsahibə verib.

Komanda.az sizi həmin müsahibə ilə tanış edir:

- Yevgeni, bu il “Səbail”də sabit çıxış edirsiz, 11 oyunda 1 qol vurmusuz, 2 məhsuldar ötürmə etmisiz. Azərbaycan çempionatındakı çıxışınızı necə qiymətləndirirsiz?
- Daimi oyun təcrübəsi mənə lazım idi. Bu komandada sabit çıxış etdiyim üçün şadam. Həmişə olduğu kimi, mənfi məqamlar da var, amma müsbət məqamlar daha çoxdu. Fikrimcə, Azərbaycan çempionatındakı çıxışım kifayət qədər uğurludu!

- Mart ayında kiçik zədə aldınız. “Neftçi” ilə oyundan sonra meydançadan da şikayətlənmişdiz. İndi özünüzü necə hiss edirsiz? Zədəniz ciddi deyildi ki?
- Bəli, “Neftçi” ilə görüşdən sonra bir oyun istirahət etməli oldum. İndi heç bir problemim yoxdu. Hər şey qaydasındadı və mövsümü meydanda başa vurmağa hazıram.

 

- “Səbail”də icarə əsasında çıxış edirsiz. Amma Azərbaycan mətbuatının yazdığına görə, artıq sizin müqavilə ilə məxsus olduğunuz “Jilina”ya qayıdacağınız dəqiqləşib...
- Mənim “Jilina” ilə müqaviləm var. Mövsümün sonunda Slovakiyaya qayıdacağam. Özümü yaxın gələcəkdə məhz bu çempionatda görürəm.

 

- “Jilina” Çempionlar Liqasına vəsiqə şansını itirsə də, hələ Avropa Liqasında oynamaq şansını saxlayır. Sizin üçün oynayacağınız komandanın avrokuboklarda mübarizə aparması çox önəmlidi?
- Hazırda komanda avrokuboklar zonasında qərarlaşıb və ən yaxın izləyicisini 5 xal qabaqlayır. Sona isə cəmi 2 tur qalıb. Ümid edirəm ki, sensasiya olmayacaq. Mənim üçün bu məsələ prinsipialdı. Hər bir futbolçu avrokuboklarda oynamaq istəyər.


Digər xəbərlər

Xəbər xətti