UEFA PSJ-ni yenə cəzalandıracaq?

Sportarena.az      11 May 2018, 10:47

UEFA PSJ-yə daha bir zərbə vura bilər.

 

Sportarena.az xəbər verir ki, Avropanın ali futbol qurumu bu gün keçiriləcək iclasda Fransa  təmsilçisinə yeni cəza verə bilər. Buna səbəb isə PSJ-nin UEFA-nın Maliyyə "fair-play" qaydalarını pozması, Qətər məsələsi və ticarət qaydalarını rədd etməsidir. Buna görə klub yenidən böyük məbləğdə pul cəzası ala bilər. Nəşrin yazdığına görə, PSJ hətta, Avrokuboklardan məhrum edilə də bilər. Qəzet UEFA ticari qaydalarını rədd edən PSJ-nin təkcə pul cəzası ilə qurtulmasına ümid edir.

 

Qeyd edək ki, Paris təmsilçisi bundan əvvəl 2014-cü ildə maliyyə qaydalarını pozduğuna görə, UEFA tərəfindən 60 milyon avro cərimələnmişdi.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin