"Xəzər" mükafatına qovuşdu - VİDEO

Sportarena.az      11 May 2018, 23:17

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 2017/18 mövsümünün qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

 

Sportarena.az xəbər verir ki, bu gün mövsümün sonuncu – 27-ci turu çərçivəsində baş tutan “Şüvəlan” - “Xəzər” oyunundan (2:0) sonra bütün mükafatçı komandalar öz medallarına qovuşublar.


Öncə “Şüvəlan”ın üzvlərinə bürünc, ardınca “Qaradağ Lökbatan”ın futbolçularına gümüş medallar verilib. Sonda isə çempionatı ilk pillədə başa vuran “Xəzər” komandasına qızıl medallar və kubok təqdim olunub.

 

Mükafatlar Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev tərəfindən təqdim olunub.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin