"Atletiko"nun apellyasiya şikayəti rədd edildi

15:36 12 May 2018

UEFA İntizam Komitəsi "Atletiko"nun baş məşqçisi Dieqo Simeonenin cəzasının ləğv edilməsi ilə bağlı apellyasiya şikayətini rədd edib.

 

Sportarena.az xəbər verir ki, argentinalı mütəxəssisin cəzası qüvvədə qalıb. Beləliklə, Simeonenin Avropa Liqasının finalında "Marsel"lə görüşdə texniki zonada olmayacağı rəsmiləşib.

 

Qeyd edək ki, Madird klubunun baş məşqçisi Avropa Liqasının yarımfinalında "Arsenal"la ilk matçda hakimi təhqir etdiyi üçün 4 oyunluq cəzalandırılıb.


Digər xəbərlər

Xəbər xətti