Tərlan Əhmədov: “Oyundan razı qalmasam da, nəticədən razıyam"

23:18 12 May 2018

“Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasında 27-ci turun "Səbail” klubu ilə oyunsonrası mətbuat konfransında fikirlərini bildirib.

 

Sportarena.az xəbər verir ki, o, 3:1 hesabıyla qalib gəldikləri görüşdən sonra bunları söyləyib:

 

“Oyundan razı qalmasam da, nəticədən razıyam. Üçüncü yer uğrunda mübarizəni davam etdiririk. Nəticələr göstərir ki, son zamanlar KİV və digər yerlərdə klubumuz haqda gəzən şayiələr komandaya heç bir təsir etməyib. Futbolçulara və uzun məsafə qət edib, bizə dəstək olan azarkeşlərə minnətdaram”.


Xəbər xətti