Elnur Çovdarov: "Zirə"nin əvvəlki əzmkarlığı özünə qayıdır"

02:21 13 May 2018

Topaz Premyer Liqasının 27-ci turunda keçirilən "Zirə" – “Kəpəz” (2:1) oyunundan sonra ev sahiblərinin məşqçisi Elnur Çodarov mətbuat konfransında iştirak edib:

 

Sportarena.az xəbər verir ki, o, qarşılaşma ilə bağlı fikirlərini bildirib:

 
“Azarkeşlərimizə təşəkkür edirəm. Bilirdik ki, "Kəpəz"lə matç çətin olacaq. Qış fasiləsindən sonra bir çox rəqiblərə başağrısı olurdular. Son saniyəyə qədər əzmkar mübarizə izlədik. Futbolçularımıza təşəkkür edirəm. "Zirə"nin əvvəlki əzmkarlığı özünə qayıdır. Bu, futboldu, hər şey ola bilər. Futbolçularımıza özünəinam hissi qayıdıb. Onlar uzun müddət idi ki, ardıcıl qələbə qazana bilmirdilər. İndi onun dadını çıxarırlar. Var gücümüzü ortaya qoyacağıq. Hədəfimiz Avroliqaya vəsiqə qazanmaqdı. "Sumqayıt"la oyun bizim üçün final olacaq.


Xəbər xətti