Paşayev qələbəyə sevindi

10:34 13 May 2018

Futbol üzrə Ukrayna çempionatında 31-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin şərəfini qoruduğu "Aleksandriya" da növbəti matçına çıxıb. Sözügedən klub səfərdə “Stal” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:1. Paşayev bu görüşün iştirakçısı olmayıb. Millimizin futbolçusu bu dəfə sonadək ehtiyatda qalıb.

 

"Aleksandriya" geridə qalan turlarda topladığı 42 xalla elitada qalmaq uğrunda mübarizə aparan ikinci altılıq klubları arasında 1-ci pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti