Neymar mövsümün ən yaxşısı seçildi

13:26 14 May 2018

PSJ-nin hücumçusu Neymar Fransa Liqasında 2017-2018-ci il mövsümünün ən yaxşı futbolçusu seçilib.

 

Sportarena.az xəbər verir ki, braziliyalı futbolçu mövsüm ərzində Liqada 20 oyuna 20 qol vurub və 16 məhsuldar ötürmə edib.

 

Ən yaxşı futbolçu adına Neymarın komanda yoldaşları Edinson Kavani, Kilian Mbeppe və “Marsel”in hücumçusu Florian Toven namizəd idi.


Xəbər xətti