Azarkeşlər futbolçuları və məşqçiləri döydülər

10:32 16 May 2018

Portuqaliyanın “Sportinq” klubunun azarkeşləri komandanın məşqi zamanı futbolçulara və məşçqilərə hücum çəkiblər.

 

Sportarena.az xəbər verir ki, Premyer Liqanın son iki turunda 5 xal itirməklə UEFA Çempionlar Liqasına vəsiqə şansını boşa verən Lissabon klubunun tərəfdarları bundan bərk qəzəbləniblər. Komandanın məşq bazasına gələn bir qrup azarkeş bu gün hazırlıq prosesi zamanı futbolçulara hücum ediblər.

 

İnsident nəticəsində Bas Dost, Acuna, Rui Patrisio, Villiam Karvalyo və Rodriqo Battalya azarkeşlərin hücumuna məruz qalıb və müxtəlif xəsarətlər alıblar. Baş məşqçi Jorji Jezuş da fiziki təzyiqlə üzləşib.


Digər xəbərlər

Xəbər xətti