Futbolçular Hacı Şahinlə görüşdü - FOTOLAR

18:27 16 May 2018

Mayın 15-i ilahiyyatçı Hacı Şahin Həsənli Azərbaycanın məşhur futbolçuları ilə görüşüb. 

 

Sportarena.az xəbər verir ki, səmimi şəraitdə keçən görüşdə tanınmış futbolçular - Ruslan Abışov, Şəhriyar Rəhimov, Elxan Cəbrayılov, Eşqin Quliyev, Hüseyn Axundov, Bəxtiyar Soltanov, Şəhriyar Əliyev, Anar Həsənov, Pərvin Paşayev və Emin Mahmudov iştirak ediblər. 

 

Maraqlı söhbət və müzakirələrlə keçən görüşün sonunda milli yığmanın oyunçuları ilahiyyatçıya futbol forması hədiyyə ediblər. Öz növbəsində Hacı Şahin Həsənli futbolçulara dərin təşəkkürünü bildirərək bol-bol uğurlar arzu edib.


Xəbər xətti