"Qarabağ"ın futbolçusu Argentinaya qarşı oynamaqdan imtina etdi - AÇIQLAMA

10:35 17 May 2018

"Qarabağ”ın  və Haiti millisinin futbolçusu Donald Gerrye Argentinaya qarşı yoldaşlıq üçün yığmanımn heyətində yer almamasının səbəbini açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, o bildirib ki, bu, istirahət etməyə ehtiyacı var::

 

"Bununla bağlı Haiti Futbol Federasiyasının rəhbərliyi ilə danışmışam. Mənə mayın 29-da Argentina millisi ilə yoldaşlıq görüşü olacağını söylədilər. Onlara dedim ki, artıq məzuniyyətimi planlaşdırmışam və otellərdə 6 nəfərlik ailə üzvlərim üçün otaq bron etmişəm. Mayamidə 3 gün üçün 1400 dollar, Dominikan Respublikasında bir həftəmizə 2 min dollar və "Royal Oasis”də 2 günümüzə 800 dollar ödəmişəm. İl ərzində fasiləsiz oynamışam. Övladı yeni dünyaya gələn bacımı ziyarət etməliyəm”.

 

Gerrye onu da deyib ki, "Qarabağ”da ona cəmi 8 günlük məzuniyyət veriblər:

 

"Klubum avrokuboklarda çıxış edəcək. Bizdə  8 gündən uzun məzuniyyət yoxdur. "Qarabağ” çempionatda son oyununu mayın 21-də keçirəcək. Avstriyada 3 həftəlik təlim-məşq toplanışına yollanmaq üçün iyunun 1-də klubumun düşərgəsində olmalıyam.  Ona görə də mayın 22-də Argentinaya yollanmaq, orada 7 gündən  sonra 30-da geri dönmək mənim üçün çətindir. Ailəm üçün çox darıxmışam. Buna görə anlaşılmazlığın səbəbini başa düşmürəm".


Digər xəbərlər

Xəbər xətti